Qırmızı soğan tərkibindəki antioksidan sayəsində iltihabı azaldır, immuniteti gücləndirir və ürək-damar sağlamlığını dəstəkləyir. Həmçinin, kükürd birləşmələri ilə antiviral və antimikrobiyal xüsusiyyətlərə malikdir.
Turkustan.az bildirir ki, çiy qırmızı soğan C vitamini ilə immuniteti möhkəmləndirir, kuersetin isə pis xolesterolu azaldaraq ürək sağlamlığını qoruyur. Lif tərkibi həzm sisteminə fayda verir, beyin funksiyalarını dəstəkləyir və bəzən soyuqdəymə, öskürək kimi hallarda ənənəvi müalicə üsulu kimi istifadə olunur.
İstifadə qaydaları və diqqət ediləcək məqamlar:
Qırmızı soğan çiy, bişmiş və ya turşu şəklində yeyilə bilər. Həssas mədəsi olanlar üçün bişmiş forması daha uyğundur.
Bəzi insanlarda fruktan tərkibi şişkinlik və qaz yarada bilər, soğan allergiyası olanlar üçün tövsiyə edilmir.
Sağlam həyat üçün qırmızı soğan gündəlik qidalanmada yer ala bilər, lakin allergiyası olanlar və həssas mədəsi olanlar diqqətli olmalıdır. /pravda.az/