Orqanizmin ən vacib “filtri” sayılan qaraciyər gündəlik qidalanma, dərman qəbulu və ətraf mühitin təsirlərindən dolayı yüklənir.
Turkustan.az-ın Musavat.com-a istinadənxəbərinə görə, mütəxəssislər bildirirlər ki, sadə və tamamilə təbii maddələrdən hazırlanan bəzi qarışıqlar qaraciyəri təmizləmək və onun fəaliyyətini bərpa etməkdə çox effektivdir.
Bu məqsədlə ən çox tövsiyə olunan qarışımlardan biri limon, zeytun yağı və ilıq suyun birləşməsidir.
1 xörək qaşığı təbii zeytun yağı, yarım limonun şirəsi və 1 stəkan ilıq su qarışdırılır və səhər acqarına içilir. Bu qarışım qaraciyərin öd ifrazını stimullaşdırır, toksinləri orqanizmdən atmağa kömək edir və həzm sistemini aktivləşdirir.
Qarışımın faydaları aşağıdakı kimidir:
Qaraciyərdə toplanmış zərərli maddələrin bədəndən təmizlənməsini sürətləndirir;
Həzm prosesini yüngülləşdirir, mədə turşuluğunu tənzimləyir;
Xolesterin səviyyəsini aşağı salmağa kömək edir;
Dərinin parıltısını artırır və ümumi enerji səviyyəsini yüksəldir.
Təbii qarışımdan gündə 1 dəfə, səhər yeməyindən 15–20 dəqiqə əvvəl istifadə etmək kifayətdir. Kurs 10–14 gün davam edə bilər.
Mədə və öd kisəsi problemləri olanlar, eləcə də xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər bu qarışımı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Mütəxəssislərin fikrincə, sağlam həyat tərzi, balanslı qidalanma və belə təbii detoks vasitələri qaraciyərin sağlamlığını qorumağın ən etibarlı yollarındandır.