“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin sığorta sisteminə daxil edilməsi istiqamətində danışıqlar aparılır”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş tutan mediatur zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Modern.az-a açıqlamasında bildirib:
“Bildiyimiz kimi, onkoloji xidmətlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi və maliyyələşdirilməsi üçün əlavə maliyyə vəsaiti tələb olunur. Hazırda bu istiqamətdə İcbari Tibbi Sığorta Fondunun maliyyə imkanları dəyərləndirilir. Əgər il sonuna qədər bu yeniliklər həyata keçirilərsə, məqsədimiz onkoloji tibbi xidmətlərin bir qismini xidmətlər zərfinə daxil etməkdir”, – deyə Leyla Lətifova qeyd edib.
O əlavə edib ki, bu sahədə yeniliklər baş verəcəyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək. /bakupost.az/