Bu ilin yanvar-avqust aylarında xaricdən Azərbaycana 39 milyon 532 min dollar dəyərində 22 min 771 ton toyuq əti gətirilib.
Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan toyuq ətinin 98%-i və ya 22 min 315 tonu ölkəyə dondurumuş şəkildə daxil olub.
Dondurulmuş toyuq ətinin 4,5 min tonu bütöv, 17,8 min tonu isə hissələrə ayrılmış şəkildə idxal olunub. İdxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri isə 2,9 manat (1,7 dollar) olub.
Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən Azərabaycana gətirilən toyuq əti bu ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətindən 33,5% və ya 5 min 596 ton az olub.
Ötən ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri 2,6 manat (1,5 dollar) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi son bir ildə idxal olunan toyuq ətinin gömrük dəyəri 7,7% və ya 20 qəpik aşağı düşüb.
Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında idxal olunan toyuq ətinin 1 kiloqramənın orta satış qiyməti marketlərdə 6 manat olub. /yeniavaz.com/