Rusiyalı hərbi ekspert Ermənistanın müharibədə məğlubiyyət səbəbini açıqladı


“Müasir döyüşlərdə dronlar vasitəsilə edilən hücum təhlükəsini nəzərə alsaq, artilleriyanın sürətli hərəkəti çox vacibdir”.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

O bildirib ki, erməni tərəfi 44 günlük müharibədə məhz artilleriyanın pilotsuz təyyarələr tərəfindən sıxışdırılması səbəbindən uduzub.

“Kamuflyaj kömək etmədi, artilleriya kifayət qədər statik idi. Erməni tərəfi artilleriyada böyük itki verdi. Artilleriya dəstəyi olmadan hər şey məhv oldu. Yəni, Erməni tərəfinin əsas problemi müasir artilleriyanın olmaması idi. Bu, müharibədə məğlubiyyətə gətirib çıxardı. Ona görə də artilleriya qüvvələrinin islahatlarından başlamaq məqsədəuyğundur, hansı ki, Ermənistan bunu indi edir”, – deyə Felgenhauer vurğulayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ