TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır


“Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündə müharibədən bəhs etməsindən sonra Noyemberyanın sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin kəndləri tərk edirlər”.

Turkustan.az xəbər verir ki, bunu erməni jurnalist Oskan Sarkisyan deyib.

“Voskeparda məskunlaşan 3 “Artsax” ailəsindən 2-si Voskeparı (Əskipara – red.) tərk edib. Voskevan kəndində məskunlaşan 12 ailədən 4-ü Ermənistanı tərk edib Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan (İncəsu-red.)keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”-o, bildirib.

Oskan Sarkisyan

Xatırladaq ki, son günlər Qazaxın 4 kəndinin boşaldılması ilə bağlı müzakirələr intensivləşib. Ermənistan ictimaiyyətində belə rəy formalaşıb ki, kəndlər yaxın zamanda Azərbaycana qaytarılacaq. Nikol Paşinyanın bu günlərdə Tavuş bölgəsinə səfəri və orda yerli əhali ilə söhbəti bu qənaəti daha da qətiləşdirib. Artıq ermənilər taleləri ilə barışmış kimi görünürlər.

Bəzi iddialara görə, Azərbaycan ordusunun və Dövlət Sərhəd Xidmətinin bölmələri Qazaxın işğaldakı iki kəndinə yerləşmək üzrədir.

Kəndlərin dinc yolla işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olacaq. Bu hadisə Azərbaycanın gücünü və üstün mövqeyini daha da artıracaq. Eləcə də sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ