Bu münaqişəyə İstanbulda son qoyulmalıdır - Çelik


Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.

O, Rusiya-Ukrayna müharibəsinin İstanbulda aparılacaq danışıqlar vasitəsilə başa çatdırılmasının vacibliyini vurğulayıb.

Ö.Çelik bildirib ki, uzanan münaqişəyə mümkün qədər tez son qoyulmalıdır./axar.az


MANŞET XƏBƏRLƏRİ