ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürmək planının hazırda olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, Rubio NBC News-a açıqlamasında gələcəklə bağlı nə olacağını bilmədiyini, lakin hazırda prezidentliyə namizəd olmaq kimi bir planının olmadığını deyib.
“Hazırda belə bir planım yoxdur. Heç bir vəzifəyə namizəd deyiləm və bütün diqqətimi mövcud vəzifələrimə yönəltmişəm”, - deyə, Rubio bildirib.
NBC News-a danışan və məsələ ilə tanış olan mənbə də Rubionun son aylardakı şəxsi söhbətlərinin ən azı birində 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmadığını söylədiyini qeyd edib.
Mənbənin sözlərinə görə, Rubio dövlət katibi vəzifəsindən məmnundur və Prezident Donald Tramp ona geniş səlahiyyətlər verib.
Aytən Yaşar/ Turkustan.az