Evdə hazırlanan qidaların bazara çıxarılması mexanizmi FORMALAŞDIRILACAQ


Azərbaycanda ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması mexanizmi formalaşdırılacaq.

Turkustan.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, bu istiqamətdə icraçı qurumlar qismində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi (KTN), Daxili İşlər Nazirliyi (DİN), yerli icra hakimiyyəti orqanları (YİHO), Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəliyi müəyyənləşdirilib.

Tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edəcək.

Bu müddət ərzində ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı təkliflərin hazırlanması, müvafiq hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ