Çinin Şandun əyalətinin Çindao şəhərində gəmiqayırma zavodunda təmir olunan xarici yük gəmisində yanğın baş verib. Nəticədə 25 nəfər həyatını itirib.
Turkustan.az xəbər verir ki, yerli administrasiyanın məlumatına görə, yanğın yerli vaxtla saat 11:15 radələrində təmir işləri aparılan zaman gəmidə baş verib.
Hadisə zamanı gəmidə olan 42 nəfərdən 12-si təhlükəsiz şəkildə təxliyə edilib, 5 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.
Xilasetmə qrupları yanğını saat 14:30 radələrində nəzarətə götürərək söndürüblər. Ardınca aparılan axtarış-xilasetmə əməliyyatı zamanı itkin düşən 25 nəfərin cəsədi tapılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Aytən Yaşar/ Turkustan.az