Rusiyadan sərt açıqlama: “Pandoranın qutusunu açdılar”


Kremlin sözçüsü Dmitri Peskov Qara dənizdə gəmilərə edilən hücumlara görə Ukraynanı günahlandırıb.

Turkustan.az xəbər verir ki, o, “Pandoranın qutusunu açdılar” deyərək hücumların davam edəcəyini bildirib.

Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın hərbi təchizat daşıdığını iddia etdiyi kommersiya gəmilərinin bundan sonra da hədəf alınacağını deyib.

“Ukraynalılar mülki infrastrukturumuza və iqtisadi aktivlərimizə hücum etməyə başlayanda Pandoranın qutusunu açıblar”, - deyə Peskov bildirib.

Kremlin sözçüsü Qara dənizdəki hücumların Rusiya-Türkiyə münasibətlərinə təsir edib-etməyəcəyi ilə bağlı suala isə bunun ehtimalının az olduğunu söyləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ