İsrailin müdafiə naziri İsrael Kats İranın yəhudi icmasına müraciət edərək Tehranda vəziyyətin gələcəkdə köklü şəkildə dəyişəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Belə ki, Kats Roş ha-Şana – yəhudi Yeni ili ərəfəsində yayımladığı müraciətdə “gələn il Tehranda zülm və tiraniyadan azad olacağıq” deyib.
Onun açıqlaması İsrailin İranla qarşıdurmanı davam etdirdiyi bir vaxtda səslənib. İsrail müdafiə naziri eyni zamanda İran rəhbərliyinə sərt xəbərdarlıq edib.
O bildirib ki, İsrailə qarşı “hər hansı səbəbdən və istənilən yerdə” həyata keçiriləcək yeni hücum genişmiqyaslı cavabla qarşılaşacaq.
Katsın sözlərinə görə, İran tərəfindən yeni hücum baş verərsə, İsrail ölkənin əsas enerji infrastrukturunu da hədəfə ala bilər. Nazir belə bir zərbənin İran iqtisadiyyatını və enerji sektorunu onilliklər geriyə ata biləcəyini iddia edib./Globalinfo.az