Şimali Kipr Türk Respublikasında (ŞKTR) parlament və yerli seçkilərin eyni gündə keçirilməsi qərara alınıb.
Turkustan.az xəbər verir ki, Cümhuriyyət Məclisinin Baş Assambleyasında keçirilən müzakirələrdən sonra hər iki seçkinin 6 dekabr 2026-cı ildə keçirilməsini nəzərdə tutan təklif qəbul edilib.
Beləliklə, dekabrın 6-da ŞKTR seçiciləri həm Cümhuriyyət Məclisinin deputatlarını, həm də yerli idarələrdə fəaliyyət göstərəcək şəxsləri seçəcəklər.
Hökumətin parlament və yerli seçkilərin eyni gündə keçirilməsi ilə bağlı daha əvvəl irəli sürdüyü təklif bununla parlament mərhələsini başa vurub.
Aytən Yaşar/ Turkustan.az