9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ – Buraxılış imtahanlarının proqramı açıqlandı


Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək 9 və 11 illik təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə DİM məlumat yayib.

DİM-in məlumatına görə, 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan imtahan modeli saxlanılacaq.

11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tədris dili və riyaziyyat fənləri üzrə 2026-cı ilin imtahan modeli tətbiq ediləcək. 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da əvvəlki ilin modeli qüvvədə olacaq.

Xarici dil imtahanında dinləyib-anlama, oxuyub-anlama, qrammatika və leksika, həmçinin yazı bacarıqları yoxlanılacaq. Dinləyib-anlama üzrə 1 mətn və 4 tapşırıq, oxuyub-anlama üzrə isə 2 mətn və hər mətnə aid 4 tapşırıq təqdim ediləcək. Qrammatika və leksika üzrə 13 qapalı tipli tapşırıq olacaq. Yazı bacarığı isə verilmiş sual və ya fikir əsasında fikirlərin yazılı ifadəsi ilə qiymətləndiriləcək.

DİM həmçinin bildirib ki, proqramlara dərslikdən kənar mövzular daxil edilməyib. Proqramlarda əsas ədəbiyyat kimi məktəblərdə istifadə olunan dərsliklər göstərilib.

2027-ci il buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri, seçilmiş altstandartlar və yazılı cavab tələb edən tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.


MANŞET XƏBƏRLƏRİ