Azərbaycandakı kütləvi məzarlarla bağlı BMT-yə hesabat təqdim edildi


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi BMT-nin “Məhkəmədənkənar, lazımi məhkəmə araşdırması aparılmadan icra edilən və ya özbaşına edamlar üzrə xüsusi məruzəçiyə” hesabat təqdim edib.

QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi BMT İnsan Hüquqları Şurasının Məhkəmədənkənar, lazımi məhkəmə araşdırması aparılmadan icra edilən və ya özbaşına edamlar üzrə xüsusi məruzəçisinə “Azərbaycanda kütləvi məzar yerləri” adlı hesabat təqdim edib.

Hesabatda Birinci Qarabağ Müharibəsi dövründə itkin düşmüş, ərir və girov götürülmüış və sonradan qətlə yerilimiş azərbaycanlı hərbiçilər, mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və ahıl insanların kütləvi şəkildə dəfn olunduğu məzar yerləri haqqında məlumat əks olunmuşdur. Hesabatda göstərilir ki, “Hazırda Azərbaycanla Ermənistan arasıda sülh proseslərinin getməsinə baxmayaraq Ermənistan tərəfi itkin düşmüş və məcburi olaraq yoxa çıxarılmış şəxslər haqqında hər hansı məlumat və dəfn edildiyi yerlər barədə məlumat (koordinatlar) təqdim etmir. 2020-ci ildə azad edilmiş Azərbaycan ərazilərində 2026-cı ilin may ayına qədər minatəmizləmə və tikinti işləri zamanı 32 kütləvi məzar yeri aşkarlanmışdır ki, həmin məzar yerlərindədən Birinci Qarabaq Müharibəsi zamanı itkin düşümüş və ya əsir və girov götürülmüş azərbaycanlıların qalıqları tapılmışdır. Qalıqların identifikasiyası nəticəsində həmin şəxslərin vaxtilə əsir və girov götürlmüş şəxslər olması müəyyən edilmişdir”

Hesabata aşkar edilmiş kütləvi məzar yerlərinin şəkilləri əlavə edilmişdir. Hesabat hazırlanarkən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının matreallarından, hesabat və açıqlamalarından, eləcədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Beynəlxalq İtkin Düşmüş Şəxslər Comissiyasının hesabatlarından istifadə edilmişdir.


MANŞET XƏBƏRLƏRİ