ABŞ və İran arasında davam edən münaqişənin uzunmüddətli xarakter alacağı və hətta ABŞ Prezidenti Donald Trampın prezidentlik müddətinin sonuna qədər uzana biləcəyi barədə Vaşinqtonda narahatlıqlar artır.
Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, Ağ Evin yüksək vəzifəli müşavirləri Trampı müharibənin 2029-cu ilin yanvarına qədər davam edə biləcəyi ehtimalı barədə xəbərdar ediblər.
Məlumata görə, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio da daxil olmaqla yüksək səviyyəli rəsmilər qapalı görüşlərdə İranın ABŞ təzyiqlərinə uzun müddət müqavimət göstərə biləcəyini müzakirə ediblər. Bu ssenari münaqişənin Trampın hazırkı prezidentlik müddətinin sonuna qədər uzanması ehtimalını gündəmə gətirir.
Bununla yanaşı, Tramp açıq açıqlamalarında müharibənin daha tez başa çatacağına ümid etdiyini bildirib. O, sentyabrın 9-da münaqişənin ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra sona çatacağını gözlədiyini deyib./Globalinfo.az