Sabiq İran səfiri: AzTV-yə dair rəy səhvdir - VİDEO


"AzTV-nin "düşmən media" siyahısına salınması səhvdir".

Turkustan.az Səhər TV-yə istinadla xəbər verir ki, bunu İslam Respublikasının Bakıdakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

O, Azərbaycan-İran münasibətlərinin gələcəyini müsbət qiymətləndirərək, iki ölkə arasındakı əlaqələrin əvvəlki illərlə müqayisədə daha yaxşı olduğunu vurğulayıb.

Sabiq səfir rəsmi dövlət kanalı olan AzTV-nin "düşmən və terrorçu kanallar" siyahısına salınmasının düzgün addım olmadığını da dilə gətirib:

"Mən elə düşünmürəm ki, AzTV-ni düşmən və terrorçu kanallar siyahısına salmalıyıq. Məsələn, bu telekanalı "Iran International" kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Fikrimcə, bu, bir növ səhvdir".


MANŞET XƏBƏRLƏRİ