17 iyulda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Muğan Düzü" SİİB-in təşkilatçılığı ilə "Muğan bölgəsində kooperativ təsərrüfatının yaradılmasına dəstək" layihəsi çərçivəsində Saatlı rayonunun Nərmankənd kəndində maarifləndirici seminar keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə 24 nəfər pay torpaq sahibi iştirak edib. Tədbiri layihə rəhbəri Vidadi Quliyev açıb və layihənin məqsədi barədə məlumat verib. Kənd təsərrüfatı kooperasiyası: problemlər və perspektivlər, kənd təsərrüfatında kooperativlərin yaradılmasının əhəmiyyəti barədə iştirakçılara ətraflı izahat verib. Verilən məlumata görə, layihə 2026-2030-cu illər üçün Dövlət Proqramının hədəflərinə uyğun olaraq kiçik torpaq sahiblərinin ən azı 5 ha olmaqla kooperativ və ailə kəndli-fermer təsərrüfatlarında birləşməsini təşviq edir.
Layihənin eksperti də A. Adilov məlumat verib ki, mövcud torpaq sahələrinin düzgün becərilməsi, aqrokimyəvi analizlər, iqlimə uyğun toxum seçimi, düzgün suvarma, məhsulun istehsalı və bazara çıxarılması işlərini kiçik pay torpaq sahiblərinin təkbaşına görməsi çətindir və könüllü birləşərək kiçik pay torpaq sahiblərinin kooperativ və ailə kəndli-fermer təsərrüfatının yaradılmasını zəruri hesab edib.
O bildirib ki, 5 ha sahədə kooperativ və ailə kəndli-fermer təsərrüfatının yaradılması istehsal xərclərinin azalmasına gətirəcək, məhsul istehsalını genişləndirəcək. Dövlət Proqramı haqqında suvarma sisteminin yeni texnologiyalarla 130 min ha-dan 300 min ha-a çatdırılması və investisiyalar haqqında geniş məlumat verib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Yekunda iştirakçılara məlumat verilib ki, layihə çərçivəsində irəli sürülən rəy və təkliflər yekun dəyirmi masada 24.07.2026-cı il tarixdə Saatlı rayon DAİM-in ofisində müzakirə olunacaq.
Sonda iştirakçılar layihəyə göstərilən dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini bildiriblər.







