ABŞ-dən sensasion iddia: Kuba kəşfiyyatı hökumətə sızdı


ABŞ Dövlət Departamenti Kuba kəşfiyyatının Vaşinqton administrasiyasının yüksək eşelonlarına sızdığını iddia edən geniş hesabat yayımlayıb.

Turkustan.az xəbər verir ki, Dövlət Departamentinin dərc etdiyi "Kuba: 21-ci əsr kommunizminin paytaxtı" adlı 100 səhifəlik hesabatda Havana hökuməti ABŞ-a qarşı uzun illərdir gizli fəaliyyət göstərməkdə ittiham olunur.

Hesabatda iddia edilir ki, Kuba təxminən 70 ildir ABŞ ərazisində "təxribat kampaniyası" aparır və bu fəaliyyət çərçivəsində Vaşinqton administrasiyasının yüksək səviyyəli strukturlarına nüfuz etməyə çalışıb.

Sənəddə həmçinin Havananın amerikalı fəalları öz təsiri altına almağa cəhd göstərdiyi, ölkədə "solçu terrorizm dalğasını" dəstəklədiyi və xarici kəşfiyyat əməliyyatları həyata keçirdiyi iddia olunur.

Dövlət Departamenti bildirib ki, Kuba hökumətinin ABŞ-a qarşı fəaliyyəti əsasən "qeyri-müntəzəm və gizli" metodlarla həyata keçirilib və bu kampaniyanın onilliklərdir davam etdiyi irəli sürülür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ