Peskov: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinə imkan verməyəcəyik


Kremlin sözçüsü Dmitri Peskov NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ehtimalını qəbuledilməz adlandıraraq, Rusiyanın buna imkan verməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən Avropa ölkələrinin Ukraynaya NATO qüvvələri göndərmək niyyətində olduqlarını iddia edib.

"Bu, qəbuledilməzdir. Biz belə addımlara icazə verə bilmərik. NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinin qarşısını almaq üçün xüsusi hərbi əməliyyat aparırıq", – deyə, Kremlin sözçüsü bildirib.

Peskov brifinq zamanı Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemlə münasibətlərə də toxunub.

Kremlin sözçüsü Rusiyanın Börnem hökuməti ilə münasibətlərin yaxşılaşacağına dair hər hansı gözləntisinin olmadığını bildirib.

"Belə bir gözləntimiz yoxdur. Hazırda onunla hər hansı təmas da planlaşdırılmır", – deyə, Peskov vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ