Ermənistanın Meğri rayonunda faşist Qaregin Njdenin heykəlinin qoyulmasına icazə verilməyib. Turkustan.az bildirir ki, bunu mer Xaçatur Andreasyan təsdiqləyib. O, "Hraparak"a müsahibəsində müvafiq orqanların bu heykəlin qoyulmasına razılıq vermədiyini açıqlayıb. Nəşr yazır ki, hökumət səviyyəsində bu qadağa qoyulub. Ona görə Meğri ərazisində yerləşən parkda hərbçi heykəlləri ucaldılıb.
Yada salaq ki, Njde ömrü boyu türklüyə qarşı vuruşub, Fransada, Amerikada, Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan həzz alıb, hər yerdə Türkiyəni düşmən bilib.
Bunu özü də 1954-cü il fevralın 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilova ünvanladığı əfvlə bağlı yazdığı ərizədə də qeyd edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçib”.
Bununla belə İrəvanın mərkəzində nasist Qaregin Njdeyə ucaldılmış heykəl hazırda mövcudluğunu qoruyub saxlayır. /Musavat.com/