İraqda fəaliyyət göstərən İran tərəfindən dəstəklənən şiə milis qrupu "İraqda İslam Müqaviməti" ABŞ Prezidenti Donald Trampın başına mükafat təyin edib.
Turkustan.az xəbər verir ki, qrup yazılı açıqlamada Trampı öldürən şəxs və ya şəxslərə 10 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
Mükafatın "tərəfdarlardan toplanan ianələr" hesabına ödəniləcəyi bildirilib.
Bu açıqlama İraq Baş naziri Əli əl-Zeydinin ABŞ-a ilk xarici səfəri zamanı verilib. /Cebheinfo.az/