ABŞ, İsrail və İran arasında davam edən müharibənin 16-cı günündə gərginlik yeni bir hücumla daha da artdı.
Turkustan.az xəbər verir ki, ABŞ-ın İranın neft yataqlarına və infrastruktur obyektlərinə hücumlarına cavab olaraq, İran, ABŞ-ın Citibank bankının yerləşdiyi Dubaydakı göydələnə dronla zərbə endirdi.
Birləşmiş Ərəb Əmirliklərindən görüntülərdə bankın yerləşdiyi göydələnlərdən birinə dron zərbəsi endirildiyi və ardından güclü partlayış baş verdiyi görünür. Məlumata görə, partlayışdan sonra binada yanğın baş verib və ətrafda geniş panika yaradıb.
İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Araqçi dövlət televiziyasında çıxış edərək hücumun ABŞ-a qarşı qisas olduğunu bildirib. Araqçi ABŞ-ın iki gün əvvəl İranda bir bankı hədəf aldığını və buna eyni şəkildə cavab verdiyini bildirib.
Erakçi bildirib ki, "İki gün əvvəl ABŞ İranda bir bankı hədəfə aldı. Biz də qonşu ölkələrdə Amerika Citibank- a məxsus bir binanı hədəf alaraq eyni cavabı verdik".
Aytən Yaşar/ Turkustan.az