İsrail media orqanı Haaretz İsrail ordusunun İranla davam edən müharibədə nüvə silahından istifadə ehtimalını nəzərdən keçirdiyini iddia etdi.
Turkustan.az xəbər verir ki, hesabatda hökumətin müdafiə strategiyalarını yenilədiyi və ən ekstremal hərbi variantların "strateji çəkindirmə" bayrağı altında qapalı qapılar arxasında müzakirə edildiyi iddia edilirdi.
Bu iddia İsrailin hava hücumundan müdafiə ehtiyatlarının azalmasından sonra ortaya çıxdı. Mütəxəssislər nüvə variantının qeyd edilməsini müharibənin qlobal fəlakətə doğru inkişaf etdiyinin ən ciddi göstəricisi kimi şərh edir və bölgədəki gərginliyin tarixdə ən yüksək həddə çatdığını vurğulayırlar.
Aytən Yaşar/ Turkustan.az