Türkiyənin 2 000 km-lik raket proqramı - Nazir DETALLARI AÇIQLADI


Türkiyə 2 000 kilometrədək uçuş məsafəsinə malik raket proqramı üzərində işləyir.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.

Турция работает над ракетной программой

Nazirin sözlərinə görə, hazırda Tayfun raketinin yeni versiyaları hazırlanır, yüksək dəqiqlikli, uzunmənzilli “hava-yer” tipli “Seyir” raketi isə hava hücumundan müdafiə sistemləri üçün ciddi çətinliklər yaradır.

Kaçır vurğulayıb ki, digər türk raketləri də hava hücumundan müdafiə sistemləri üçün asan hədəf deyil.

O, həmçinin qeyd edib ki, 2026-cı ildə Türkiyənin raket proqramında əhəmiyyətli irəliləyiş gözlənilir.

“Türkiyənin heç bir dövlətə qarşı ərazi iddiaları yoxdur. Lakin öz hərbi potensialımızı gücləndirməliyik ki, heç kəs torpaqlarımıza göz dikmək istəməsin”, - deyə nazir əlavə edib./musavat.com


MANŞET XƏBƏRLƏRİ