Məşhur tarixçi professor İlber Ortaylının illər əvvəl dilə gətirdiyi vəsiyyət yerinə yetirilib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilir ki, tarixçinin istəyinə uyğun olaraq onun ölüm xəbəri minarədən imam-xətib Dursun Şahin tərəfindən oxunub.
Məlumata görə, Ortaylı vaxtilə Çinili Məscidində xidmət edən Dursun Şahinin səsini eşidərək ondan çox təsirlənmişdi. Tarixçi həmin vaxt imamla tanış olmaq istədiyini bildirib.
Görüş zamanı Ortaylı Şahinin səsindən və oxu üslubundan təsirləndiyini deyərək, “Səndə fərqli bir tərz var, kimdən dərs almısan?” sualını verib. İmam isə musiqi dərslərini Amir Ateşdən aldığını bildirib.
Söhbət zamanı Ortaylının Şahinə “Mən ölsəm, elanı sən verəcəksən” dediyi və bunu bir növ vəsiyyət kimi bildirdiyi qeyd olunur.
Martın 13-də vəfat edən tarixçinin bu istəyi illər sonra həyata keçirilib. İmam-xətib Dursun Şahin minarədən dua oxuyaraq camaatı cənazə namazına səsləyib və bununla da Ortaylının vəsiyyətini yerinə yetirib./Globalinfo.az