ABŞ, İsrail və İran arasında davam edən münaqişə fonunda bölgədə gərginlik artır.
Turkustan.az xəbər verir ki, cümə gecəsi Adanadakı İncirlik hava bazasında siren səsləri eşidilib. Hadisədən sonra Milli Müdafiə Nazirliyi (MSB) açıqlama yayaraq İrandan Türkiyə istiqamətinə göndərilən ballistik raketin NATO qüvvələri tərəfindən havada məhv edildiyini bildirib.
Məlumata görə, 4 mart, 9 mart və 13 mart tarixlərində də Türkiyə hava məkanına doğru yönələn üç ayrı ballistik raket səbəbindən Türkiyə rəsmiləri ilə İran arasında əlaqə saxlanılıb.
Hadisələrlə bağlı İran İnqilab Keşikçiləri Korpusunun Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari açıqlama verib. O bildirib ki, Türkiyə, Küveyt və İraq kimi ölkələrə qarşı hücumlar İran tərəfindən həyata keçirilməyib.
Zülfiqari iddia edib ki, bu hücumların arxasında ABŞ və İsrail dayanır və məqsəd İranla qonşu ölkələr arasında gərginlik yaratmaqdır.
Aytən Yaşar/ Turkustan.az