Müharibə o ölkəyə də yayıldı! Ard-arda partlayışlar baş verdi


İraqın paytaxtı Bağdadda bir sıra partlayışlar baş verib.

Turkustan.az xəbər verir ki, İraqın yerli mediası ABŞ bazasına və Bağdad Beynəlxalq Hava Limanındakı ABŞ diplomatik dəstək ofisinə hücum edildiyini iddia etdi. Bağdaddakı ABŞ Viktoriya bazası tez-tez dron hücumlarına məruz qalır.

İranın dəstəklədiyi şiə milis qüvvələrinin Viktoriya hava bazasına FPV dronundan istifadə edərək hücumunun görüntüləri yayılıb. İraq hakimiyyəti partlayışların səsləri ilə bağlı hələlik şərh verməyib.

Bundan əlavə, ABŞ ordusu İraqda İran tərəfindən dəstəklənən Haşd əl-Şabi milisinin qərargahına hücum etdi. Hücumdan sonra qərargahdan tüstü qalxırdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ