Papa Leo: Yaxın Şərqdəki atəşi dayandırın!


Vatikan dövlətinin başçısı Papa XIV Leo Yaxın Şərq xalqının iki həftədir ki, dəhşətli zorakılığa məruz qaldığını bildirib və münaqişəyə görə məsul olanları atəşkəsə riayət etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Vatikandakı məşhur Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar günü duasını oxuyan Papa, 28 fevralda ABŞ və İsrailin İrana hücumları ilə başlayan və İranın qisas əməliyyatları ilə davam edən, həmçinin İsrailin Livana hücumları ilə genişlənən Yaxın Şərqdəki davam edən böhrana toxundu.

“Son iki həftədir ki, Yaxın Şərq xalqı müharibənin dəhşətli zorakılığına məruz qalıb. Minlərlə günahsız insan öldürülüb və daha çox insan evlərini tərk etmək məcburiyyətində qalıb”, - deyə Papa məktəblərə, xəstəxanalara və yaşayış məntəqələrinə edilən hücumlarda yaxınlarını itirənlərlə həmrəyliyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ