Netanyahu öldüyü iddialarına cavab olaraq sosial mediada video paylaşdı


İsrailin Baş naziri Binyamin Netanyahu sosial mediada İranın qisas əməliyyatı zamanı öldürüldüyü iddialarına cavab olaraq video yayımlayıb.

Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında öldüyü iddialarına cavab olaraq paylaşım edib.

Restoranda qəhvə içərkən çəkilmiş şəkillərini paylaşan Netanyahu öldüyü ilə bağlı iddiaları təkzib edib.

İsrail Baş naziri mətbuat konfransının süni intellekt tərəfindən yaradıldığı və videoda altı barmağın göründüyü iddialarına əllərini qaldıraraq barmaqlarını göstərərək cavab verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ