İrandakı müharibə İraqda olduğu kimi genişmiqyaslı müdaxilə ilə nəticələnməyəcək.
Turkustan.az xəbər verir ki, ABŞ-ın BMT– dəki daimi nümayəndəsi Mayk Valts “Fox News”a müsahibəsində buna əmin olduğunu bildirib.
“Əminəm ki, bu, 2003-cü ilin başqa bir İraqı olmayacaq. Haradasa yüz minlərlə əsgər şəhər ərazilərini işğal etməyəcək və bu, əlbəttə ki, Tehranda baş verməyəcək”, – diplomat deyib.
Onun sözlərinə görə, belə bir ehtiyac yaranarsa, hədəflənmiş yerüstü əməliyyatın keçirilməsinə icazə veriləcək.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranda quru əməliyyatı keçirmək niyyətində olmadığını bəyan edib. /Globalinfo.az/