Xalq yazıçısı Çingiz Abdullayev İran münaqişəsi ilə bağlı sosial media hesabında şok proqnozlar qeyd edib.
Turkustan.az bildirir ki, Xalq yazıçısı rus dilində yazdığı proqnozunda belə fikirlər səsləndirib:
"Tərəflər arasındakı qarşıdurma o qədər kəskinləşə bilər ki, İrandakı Buşehr Nüvə Elektrik Stansiyasınə qədər çata bilər.
Bombalar artıq onun yaxınlığına düşür. Bu isə Azərbaycan üçün dəhşətli ekoloji fəlakətə səbəb ola bilər.
Qarşıdurma daha da artacaq. Müharibənin bir neçə günə bitəcəyi ilə bağlı bütün proqnozlar tamamilə əsassızdır".
Daha sonra Xalq yazıçısı İsraildən olan dostlarına səslənərək qeyd edib:
"Mən sizi çox sevirəm. Amma söyləyəcəyim nəticə sizin üçün sarsıdıcı ola bilər. Çox istəyərdim ki, yanılım. Lakin danışıqların növbəti dəfə pozulmasından sonra İran, demək olar ki, mütləq şəkildə atom bombası yaradacaq. Hətta ola bilər ki, “çirkli bomba” hazırlasınlar.
Kiçik dövlət olan İsrail üçün bu, böyük bir fəlakətə çevrilə bilər. Bombanı isə çox güman ki, yerin dərin qatlarında hazırlayacaqlar.
Təəssüf edirəm ki, İsak Rabin və ya Şimon Peres kimi siyasətçilərin yerini indi Benyamin Netanyahu tutur. O, öz xalqını risk altına qoymaq üçün hər şeyi etdi və indiyədək 7 oktyabr hadisələrinə görə cavab verməyib". /Musavat.com/