Xamenei öldükdən sonra bunun baş verəcəyindən qorxurmuş...


İranın keçmiş ali rəhbəri Əli Xamenei oğlu Müctəbanın hakimiyyətə gəlməsindən qorxurdu, çünki onu vəzifəyə uyğun hesab etmirdi.

Turkustan.az xəbər verir ki, bu iddia ilə “CBS News” çıxış edib.

Məlumata görə, Tramp, vitse-prezident Vens və digər yüksək vəzifəli şəxslər gənc Xamenei ilə bağlı kəşfiyyat məlumatları ilə tanış olublar.

Qeyd olunub ki, kəşfiyyat orqanları tərəfindən toplanan məlumatlar Xameneinin oğlunun şəxsi həyatındakı problemlərdən xəbərdar olduğunu göstərir. Habelə, Əli Xameneinin oğlunun onun yerinə təyin olunması ilə bağlı dərin şübhələri var idi.

Tramp yaxın ətrafına bildirib ki, Müctəba Xamenei haqqında verilən məlumatların vacib olduğunu hesab etmir. O, İranın hazırda lidersiz olduğunu və gənc Xameneinin öldüyünü düşünür. (Global.info)


MANŞET XƏBƏRLƏRİ