Küləkli hava ilə bağlı sarı xəbərdarlıq


Azərbaycanda martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Turkustan.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


MANŞET XƏBƏRLƏRİ