İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ mediasına verdiyi müsahibədə ABŞ ilə davam edən müharibə bölgədəki hərbi gərginlik və Hörmüz boğazında baş verən hadisələr barədə açıqlama verib.
Turkustan.az xəbər verir ki, Əraqçi İranın atəşkəs və ya danışıqlar tələb etməsi ilə bağlı iddiaları rədd edib. O bildirib: “Biz heç vaxt atəşkəs və ya danışıqlar tələb etməmişik. Lazım olduğu müddətcə özümüzü müdafiə etməyə hazırıq və indiyə qədər də bunu etmişik.”
Nazir əlavə edib ki, İran ABŞ-la qarşıdurmada mövqeyini dəyişməyəcək: “Prezident Tramp bu müharibənin qanunsuz və qalib gəlməz olduğunu anlayana qədər müdafiəmizi davam etdirəcəyik.”
Əraqçi həmçinin vurğulayıb ki, Tehran bölgədə artan gərginliyə baxmayaraq öz təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa davam edəcək.
Aytən Yaşar/ Turkustan.az