ABŞ-ın Enerji Naziri Kris Rayt bildirib ki, ABŞ və İsrailin iştirak etdiyi münaqişə yaxın həftələrdə başa çata bilər.
Turkustan.az xəbər verir ki, Rayt ABC News-a verdiyi açıqlamada “Bu münaqişə yaxın bir neçə həftə ərzində mütləq başa çatacaq” deyib və bunun daha tez baş verə biləcəyini də istisna etməyib.
Nazir qeyd edib ki, amerikalılar benzinin yüksək qiymətlərinin təsirini hələ bir neçə həftə hiss edə bilərlər. Onun sözlərinə görə, münaqişə başa çatdıqdan sonra enerji bazarında müəyyən rahatlama gözlənilir. Bununla belə, Rayt ehtiyatlı mövqe sərgiləyərək “müharibədə heç vaxt zəmanət yoxdur” ifadəsini işlədib.
Qısamüddətli fasilələri “zəruri bir qiymət” adlandıran nazir CNBC-yə verdiyi açıqlamada administrasiyanın enerji təchizatında qısa müddətli çətinlikləri gözlədiyini bildirib.
Rayt əlavə edib ki, İran qlobal enerji təchizatı üçün ciddi risk yaradır: “O biri tərəfə çatanda daha yaxşı vəziyyətdə olacağıq.”
Aytən Yaşar/ Turkustan.az