Nəqliyyat vasitəsinin nömrə nişanını qəsdən çirkləndirən sürücülər sürücülük vəsiqəsindən məhrum edilə bilərlər.
Turkustan.az-ın Rusiyanın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü Vyaçeslav Rıçkov bildirib.
Onun sözlərinə görə, sürücülər nömrə nişanlarını qəsdən çirkləndirdikdə onların sürücülük vəsiqəsi ləğv oluna bilər.
“Əgər nəqliyyat vasitəsinin nömrə nişanına qəsdən torpaq və ya qar çəkilibsə, bu halda qanun pozuntusu Rusiya İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinin 2-ci və ya 2.1-ci hissəsinə əsasən daha sərt inzibati cəzalara səbəb olur. Bu isə sürücülük vəsiqəsinin ləğv edilməsini nəzərdə tutur”, – deyə vəkil bildirib. /bakupost.az/