İraq vuruldu – Təcili


Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya şəhərindəki ABŞ hərbi bazasına raketlər və pilotsuz uçuş aparatları (PUA) hücum edilib.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin mənbəyi bildirib ki, Bağdad hava limanı yaxınlığındakı “Viktoriya” Amerika hərbi bazasındakı logistika mərkəzinə üç dron və bir neçə raket hücumu edilib və onlar hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Zərbə nəticəsində itkilər barədə hələlik məlumat yoxdur.

Bundan əvvəl İranyönlü “Kətaib Hizbullah” qruplaşması İraqın Viktoriya şəhərindəki ABŞ hərbi bazasına hücum etmişdi. Hücumdan sonra obyektdə böyük yanğın baş vermişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ