Faiq Ələkbərli Məhəmməd Əmin Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib


Mayın 20-də Bakı Avrasiya Universitetində BAAU və AMEA Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” mövzusunda Respublika Simpoziumu keçirilib.
Respublika simpoziumunda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. O, “Məhəmməd Əmin Rəsulzadənin milli həmrəylik təlimində milli sosial dövlət anlayışı” mövzusunda məruzə edib. F. Ələkbərlinin məruzəsi Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.


MANŞET XƏBƏRLƏRİ