“Dövlət büdcəsindən QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi barədə müvafiq prosedura uyğun olaraq, yaxın günlərdə Gənclər və İdman Nazirliyi və QHT Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edəcək.
Yuxarı hədlər kiçik qrant müsabiqəsi üzrə 30000 manat, böyük qrant müsabiqəsi üzrə 100000 manat olacaq”. Bu barədə QHT Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva açıqlama verib. O, bildirib ki, müsabiqədə yalnız Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olan QHT-lər iştirak edə bilər.