İran və ABŞ arasında qarşılıqlı hücumlar fonunda Hörmüz boğazında gəmi hərəkəti kəskin azalıb. İranın avqustun 12-də ABŞ-ın hücumlarını əsas gətirərək Hörmüz boğazını yenidən bağladığını elan etməsindən sonra çoxsaylı ticarət gəmisi və neft tankeri bölgədə hərəkətsiz qalıb.
Turkustan.az xəbər verir ki, İranın Hörmüzqan əyalətindəki Bəndər Abbas sahilləri yaxınlığında çoxlu sayda gəmi lövbər salaraq gözləyir. Gəmilərin əksəriyyətinin konteyner gəmiləri və neft tankerləri olduğu müşahidə edilib.
İran sahilləri yaxınlığında gözləyən gəmilərin heyətlərinə zəruri ləvazimatlar və texniki avadanlıqlar kiçik qayıqlarla çatdırılır. Uzun müddət dənizdə gözləyən bəzi gəmilərdə müxtəlif deformasiyaların yarandığı, heyət üzvlərinin isə vaxtlarını kiçik qayıqlarda balıq tutmaqla keçirdiyi bildirilib.
Bəndər Abbas sahillərindən təxminən 10 mil məsafədə yerləşən gəmilərin hamısının lövbər saldığı və hərəkət etmədiyi müşahidə olunub.
Aytən Yaşar/ Turkustan.az