“Şəki yaylası” olayı ilə bağlı yeni iddia yayıldı – FHN-dən açıqlama


“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı məqamlardan biri də təhlükəsizliyə nəzarət məsələsidir. Proses çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq şöbəsinin bu kimi problemlərə nəzarət etməli olduğu haqda müxtəlif iddialar yayılıb.

Lakin FHN-dən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən sahəyə nəzarət qurumun səlahiyyətində deyil.

“Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil”, – məlumatda bildirilib.


MANŞET XƏBƏRLƏRİ