Türkiyə üçün tarixi xəbər – PKK-nın ləğv olunacağı vaxt açıqlandı


PKK-nın silahlarını təhvil verməsi prosesinin oktyabrda başlayacağı açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş danışıb.

O bildirib ki, PKK silahlarını İraqın mərkəzi hökumətinə təhvil verməyə gələn aydan başlayacaq:

“Prosesə hazırlıq işləri artıq başlayıb və silahların təhvil verilməsi “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində həyata keçiriləcək”.

Türkiyə parlamenti avqust ayında prosesin yol xəritəsinin icrası üçün müvafiq qanunvericilik bazasını formalaşdırıb. PKK isə Abdullah Öcalanın çağırışından sonra 2025-ci ilin iyununda silahlı mübarizəyə son qoymaq və təşkilatın buraxılması barədə qərar qəbul edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ