İslandiyanın Baş naziri Kristrun Frostadottir ABŞ Prezidenti Donald Trampın İslandiyanı “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşımına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, İslandiyanın ictimai yayımçısı RUV-un məlumatına görə, Frostadottir və ölkənin xarici işlər naziri Thorgerdur Katrin Gunnarsdottir məsələ ilə bağlı birgə mətbuat konfransı keçiriblər.
Frostadottir Trampın Kanada, Meksika və Qrenlandiya ilə yanaşı, İslandiyanı da “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşmasını “gülünc” adlandırıb.
“Bu ifadə forması islandiyalılara, kanadalılara və qrenlandiyalılara qarşı açıq-aşkar təhqirdir. Biz bu barədə aydın olmalıyıq”, – deyə Baş nazir bildirib.
O əlavə edib: “Dövlətlərin suverenliyini lağa qoymaqda gülməli və ya normal bir şey yoxdur.”
Xarici işlər naziri Gunnarsdottir də xəritə paylaşımını “uyğunsuz” adlandıraraq İslandiyanın suveren və müstəqil dövlət olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp Kanada, Meksika və Qrenlandiya ilə yanaşı, İslandiyanı da “ABŞ ərazisi” kimi göstərən və adanı ABŞ bayrağının rəngləri ilə təsvir edən xəritə paylaşıb.
Aytən Yaşar/ Turkustan.az