Şəfəq Teatrı yeni mövsümü Milli Musiqi Günündə açacaq - FOTO

Teatrın direktoru: “Repertuarımızı bir menyuya bənzədirik”

Bir il əvvəl fəaliyyətə başlayan Şəfəq Teatrı II mövsümünə sentyabrın 18-də start verəcək. Yeni mövsümün açılışı Milli Musiqi Gününə həsr olunmuş “Səhnəmizin şəfəq çağı” adlı teatral konsert proqramı ilə baş tutacaq. Həmin gün saat 19:00-da Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatrında keçiriləcək proqram açıq havada təqdim olunacaq.

Şəfəq Teatrının direktoru və bədii rəhbəri, teatrın yaradıcısı Paşa Ağayevin Primeinfo.az-a verdiyi məlumata görə, yeni mövsümün əsas layihələrindən biri Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan, Abdulla Şaiqin qələmə aldığı “Qaraca qız” əsəri əsasında hazırlanacaq tamaşadır. Tamaşanın premyerasının 2026-cı ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

Quruluşçu rejissoru Paşa Ağayev olan bu tamaşada rəqslərin quruluşu isə Məlik Hüseynova məxsusdur. Tamaşanın Bakının müxtəlif mədəniyyət mərkəzlərində, eləcə də şəhərin mərkəzində yerləşən səhnələrdə nümayiş etdirilməsi nəzərdə tutulur.

Şəfəq Teatrı yeni mövsümü Milli Musiqi Günündə açacaq - FOTO

Yeni mövsümdə çağdaş Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Əli Əmirlinin “Kişi və qadın” əsəri əsasında hazırlanan tamaşa üzərində də iş aparılır. Üç hissədən ibarət epizodik komediya janrındakı tamaşada üç aktyor çıxış edəcək. Quruluşçu rejissoru Paşa Ağayev olan tamaşanın yaradıcı heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları yer alır. Teatrın truppa müdiri Hüseyn Quluzadədir.

Bundan əlavə, yeni mövsümdə digər premyeraların keçirilməsi və yeni tamaşaların repertuara daxil edilməsi planlaşdırılır. Hazırda müxtəlif əsərlər üzərində işlər davam edir. Teatrın repertuarında fərqli rejissorların müxtəlif yaradıcılıq yozumlarının təqdim olunması nəzərdə tutulur.

Şəfəq Teatrının ilk ili

Qeyd edək ki, 2025-ci ildə fəaliyyətə başlayan Şəfəq Teatrı tamaşaçılara Əli Əmirlinin dramaturgiyası əsasında hazırlanan “Ah, bu uzun sevda yolu” tamaşası ilə təqdim olunub. Teatrın repertuarında, həmçinin Üzeyir Hacıbəylinin iki hissəli musiqili komediyası “Arşın mal alan” yer alıb.

Şəfəq Teatrı yeni mövsümü Milli Musiqi Günündə açacaq - FOTO

İlk mövsüm ərzində teatrın bir premyerası və beş nümayişi keçirilib və tamaşaların hər biri anşlaqla baş tutub. Mövsüm ərzində Azərbaycan teatrının tanınmış nümayəndələri də gənc kollektivin tamaşalarını izləyərək ona dəstək göstəriblər. Əməkdar artistlər Münəvvər Əliyeva, Anar Heybətov, Elşən Rüstəmov, Mehriban Xanlarova və digər sənət nümayəndələri Şəfəq Teatrının tamaşaçıları sırasında olublar.

Əməkdar artist Firuzə İbadova isə teatrın tamaşalarından birində çıxış edərək gənc teatr kollektivinə dəstəyini nümayiş etdirib.

Teatrın truppası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, həvəskar və peşəkar aktyorlardan formalaşıb. Hazırda tamaşalar əsasən Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində nümayiş olunur. Özəl və müstəqil teatr olan Şəfəq Teatrının ayrıca binası yoxdur. Teatr müxtəlif müəssisə və məkanlarda tamaşalarını təqdim edən səyyar yaradıcı komanda kimi fəaliyyət göstərir.

Paşa Ağayevin sözlərinə görə, teatrın əsas məqsədlərindən biri tamaşaları Bakının müxtəlif mədəniyyət müəssisələrində, eləcə də şəhərin mərkəzində yerləşən səhnələrdə nümayiş etdirməkdir.

“Ən böyük arzularımdan biri özəl teatr yaratmaq idi. Bu arzum 2025-ci ildə Şəfəq Teatrının yaradılması ilə reallaşdı. Şəfəq Teatrının əsas fərqləndirici xüsusiyyətlərindən biri konkret bir teatr üslubu ilə məhdudlaşmamasıdır. Teatrımız müxtəlif üslub və janrları özündə birləşdirməyi qarşısına məqsəd qoyur.

Şəfəq Teatrı yeni mövsümü Milli Musiqi Günündə açacaq - FOTO

Repertuarımızı bir menyuya bənzədirik. Tamaşaçı burada müxtəlif janr və üslublarda səhnə əsərləri ilə qarşılaşa bilər. Bizim üçün əsas məqsəd tamaşaçıya fərqli teatr nümunələrini təqdim etmək və müxtəlif zövqlərə uyğun repertuar formalaşdırmaqdır”, – deyə Paşa Ağayev bildirib.

2026-cı ilin repertuarı

2026-cı ilin sonunadək Şəfəq Teatrının repertuarında “Ah, bu uzun sevda yolu”, “Arşın mal alan”, “Qaraca qız” və “Kişi və qadın” tamaşalarının nümayişi gözlənilir.

Bundan əlavə, ilin sonlarına yaxın Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsərinin motivləri əsasında hazırlanması nəzərdə tutulan “Xərçəng” tamaşasının da təqdim edilməsi planlaşdırılır. Tamaşanın quruluşu Əli Zeynalıya məxsus olacaq.

Şəfəq Teatrı yeni mövsümü Milli Musiqi Günündə açacaq - FOTO

P.Ağayevin sözlərinə görə, teatrın adının “Şəfəq” olması da təsadüfi deyil. Şəfəq işıq, ümid və parlaqlıq rəmzi kimi qəbul olunur. Bir qrup gənc tərəfindən yaradılan teatrın məqsədi Azərbaycan incəsənətinə yeni nəfəs və işıq gətirmək, bu sənət yolunda birlikdə irəliləmək və milli teatr sənətinə öz töhfəsini verməkdir.

Qeyd edək ki, Şəfəq Teatrının direktoru və bədii rəhbəri Paşa Ağayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsidir. O, 11 yaşından etibarən teatr səhnəsində fəaliyyət göstərir və müxtəlif illərdə dram teatrı, dram dərnəyi və xalq teatrı istiqamətlərində çalışıb.

MANŞET XƏBƏRLƏRİ