2026-cı ilin avqustu rekord qırdı: Ən isti ay seçildi


2026-cı ilin avqust ayı qlobal orta səth temperaturunun 16,96 dərəcə Selsiyə çatması ilə tarixdə ən isti ay kimi qeydə alınıb.

Turkustan.az xəbər verir ki, Avropa Birliyinin (AB) Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) 2026-cı ilin avqust ayı üzrə qlobal temperatur göstəricilərini açıqlayıb.

Məlumata görə, avqust ayında qlobal orta səth hava temperaturu 16,96 dərəcə Selsi olub. Bu, 1991-2020-ci illər üzrə avqust ayının orta göstəricisindən 0,85 dərəcə yüksəkdir.

2026-cı ilin avqustunda qeydə alınan temperatur 2023-cü ilin iyulunda ölçülən 16,95 dərəcəlik göstəricini də geridə qoyaraq yeni rekord müəyyənləşdirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ