İsrailin Baş naziri Benyamin Netanyahu “Haaretz” qəzetini məhkəməyə verməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, buna səbəb qəzetin 7 oktyabr hücumundan 10 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayedin Netanyahunu HƏMAS-ın planlaşdırdığı hücum barədə məlumatlandırdığı, lakin baş nazirin bu məlumatı təhlükəsizlik qüvvələri ilə paylaşmadığı barədə yaydığı xəbərlə bağlıdır.
Netanyahu sözügedən məlumatı “tamamilə yalan” adlandırıb.
BƏƏ isə xəbəri rəsmi şəkildə təkzib etməyib. Əbu-Dabi bütün müvafiq kəşfiyyat məlumatlarının zərurət yarandıqda iki ölkə arasında paylaşıldığını və paylaşılmağa davam etdiyini bildirib.
İsrailin keçmiş baş naziri Naftali Bennett də Məhəmməd bin Zayedlə son görüşü zamanı BƏƏ rəsmilərindən məsələ ilə bağlı məlumat aldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az