Səudiyyə Ərəbistanının cənubundakı Əbha və Xamis Muşayt şəhərləri üçün “potensial təhlükə” xəbərdarlığı verilib.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi Milli Erkən Xəbərdarlıq Platformasının hər iki şəhərlə bağlı xəbərdarlıq yayımladığını açıqlayıb.
Bəyanatda vətəndaşlara mümkün təhlükələrə qarşı ayıq-sayıq olmaq və verilən təlimatlara əməl etmək çağırışı edilib.
Lakin xəbərdarlığın hansı təhlükə ilə bağlı olduğu və onun mənbəyi barədə hər hansı məlumat açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az