İran ABŞ bazasını vurdu: F-15-lər zədələndi


İranın 8-9 sentyabr gecəsi İordaniyadakı Müvəffəq Salti hava bazasına endirdiyi zərbələr zamanı ABŞ-a məxsus hərbi təyyarələrin zədələndiyi bildirilir.

Turkustan.az xəbər verir ki, CBS News məsələyə yaxın mənbələrə istinadən hücumun nəticələri barədə məlumat yayıb.

Mənbələrin iddiasına görə, hücum zamanı təxminən 8 ədəd F-15 qırıcısı zədələnib. Təyyarələrə dəyən zərərin yüngül olduğu, lakin texniki xidmət üçün geri göndərildiyi bildirilib.

Reuters də CBS News-a istinadən hücum zamanı ABŞ-a məxsus bir A-10 “Thunderbolt” təyyarəsinin qanadının zədələndiyini, təxminən 8 F-15 qırıcısının isə yüngül zərər gördüyünü təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ