Bu şeir Türk xalqlarının əbədi dostluq və qardaşlığına həsr olunur.
TURAN MARŞI
Canı, qanı eynidir, soykökü eyni,
Mədəniyyəti oxşardır, dilləri eyni.
Qoy eşitsin dünya, açsın gözünü,
Heç kim kəsə bilməz türkün önünü!
Yayılsın hər yana şanı, şöhrəti,
Böyük türk milləti, Turan elləri!
Torpağı bərəkətli, sərvəti zəngin,
Parlayan günəşidir bəşəriyyətin.
Dünyada çox azdır özütək qədim,
Qürurum, fəxrimsən, ulu Vətənim!
Yayılsın hər yana şanı, şöhrəti,
Böyük türk milləti, Turan elləri!
Tarixdə ad qoyub türk oğulları,
Dillərə dastan olub qəhrəmanları.
Hayqırıb çəkərsə ox-kamanını,
Önündə diz çökər amansız yağı!
Yayılsın hər yana şanı, şöhrəti,
Böyük türk milləti, Turan elləri!
Türk türkə əbədi arxa-dayaqdır,
Birliyi sabaha ümid, çıraqdır,
Uğrunda can verdiyi Ana torpaqdır,
Qürurla ucaltdığı şanlı bayraqdır!
Yayılsın hər yana şanı, şöhrəti,
Böyük türk milləti, Turan elləri!
Anar ƏHMƏDOV
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru, mayor